Bütün xəbərlər
Federasiya Şurasının senatoru Tatarıstanda baş verən qəzadan sonra reanimasiyaya yerləşdirilib
Tarix: 19-10-2023 15:35 | Bölmə: Cəmiyyət

Cümə axşamı, oktyabrın 19-da məlum olub ki, Tatarıstanı Federasiya Şurasında təmsil edən, Kənd Təsərrüfatı və Ərzaq Siyasəti və Ətraf Mühitin İdarə Edilməsi Komitəsinin üzvü olan senator Gennadi Emelyanov ağır yol qəzası törədib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İlkin məlumata görə, qəza Tatarıstanın Çistopol - Nijnekamsk avtomobil yolunda baş verib.
Bir sıra KİV-lər senatorun getdiyi “Toyota Land Cruiser” yolsuzluq avtomobilinin “Volkswagen Polo” minik avtomobili ilə toqquşub.
Qəzanın digər təfərrüatları hələlik açıqlanmayıb.
RİA Novosti-nin məlumatına görə, Gennadi Emelyanov xəsarət alıb və əməliyyat olunub, o, hazırda reanimasiyadadır, vəziyyəti ilə bağlı proqnoz müsbətdir.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər