Bütün xəbərlər
“İki qətl – qardaş və nənə”: Naminin övladlığa götürdüyü cinayəti etiraf etdi
Tarix: 19-10-2023 15:31 | Bölmə: Cəmiyyət

85 yaşlı nənəsi və 30 yaşlı qardaşı Artem Mikoyanı qətlə yetirməkdə şübhəli bilinən rok musiqiçisi Stas Naminin övladlığa götürdüyü Roman Mikoyan ikiqat qətli etiraf edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq dindirmə görüntülərini İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi dərc edib.
İki nəfəri qətlə yetirən 39 yaşlı kişiyə qarşı cinayət işi açılıb.
İstintaqın məlumatına görə, oktyabrın 18-də axşam saatlarında İstra rayonunun Kryukovo kəndindəki fərdi evdə şübhəli şəxs bıçaqla təqaüdçüyə, daha sonra isə qardaşına hücum edib. İdarədən bildirilib ki, hər iki cəsəddə bıçaq xəsarətləri olub.
Mətbuatın yazdığına görə, Roman Mikoyanın narkotiklərlə bağlı problemləri olub.
Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək.



Baxış sayı: 218


Bölməyə aid digər xəbərlər