Bütün xəbərlər
Fitnes mərkəzində beş yaşlı qız boğulub
Tarix: 19-10-2023 11:29 | Bölmə: Cəmiyyət


Moskva yaxınlığındakı Vidnoyedə fitnes klubunun hovuzunda baxımsız qalan beş yaşlı qız boğulub, cinayət işi açılıb, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə oktyabrın 18-i axşam saatlarında baş verib. İstintaqın məlumatına görə, uşaq atası ilə hovuzda olub. Bir anda kişi qızı nəzarətsiz qoyub, bundan sonra qız suyun altına düşüb. Həkimlərin səyinə baxmayaraq, uşaq dünyasını dəyişib.
Moskva vilayətinin İstintaq Komitəsinin məlumatına görə, kişi qızın xilasedici jiletini çıxarıb və nəticədə qız suyun dibinə batıb.
Təhlükəsizlik tələblərinə cavab verməyən və uşağın ölümü ilə nəticələnən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.
Bundan əlavə, prokurorluq valideynlərin öz vəzifələrini yerinə yetirməsini yoxlayacaq.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər