Bütün xəbərlər
Oğul anasını döyərək intihar edib
Tarix: 18-10-2023 21:44 | Bölmə: Cəmiyyət


Moskva yaxınlığındakı Balaşixada 41 yaşlı kişi anasını döyərək öldürüb, sonra isə özünü öldürüb, İstintaq Komitəsinin regional idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə oktyabrın 18-nə keçən gecə Lukino mikrorayonunda baş verib. Oğul növbəti dəfə 66 yaşlı anası ilə dava edib, ancaq təhqirlərlə kifayətlənməyib - bu dəfə yumruqlarını işə salıb. Təcavüzkar dayananda təqaüdçü artıq nəfəs almırdı.
Kişi özünə bəhanə tapa bilməyib və qısa müddətdən sonra intihar edib. Onun cəsədi təsadüfi yoldan keçənlər tərəfindən aşkar edilib.
Qətl faktı ilə bağlı cinayət işi açılıb.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb