Bütün xəbərlər
Avtobus dayanacağında iki sərnişini öldürüb
Tarix: 17-10-2023 20:05 | Bölmə: Cəmiyyət


Yekaterinburqda krossoverin sürücüsü avtobus dayanacağında insanları vurub, nəticədə iki nəfər ölüb, daha biri xəstəxanaya çatdırılıb, Sverdlovsk yol polisi idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza oktyabrın 17-də axşam saatlarında Maşinostroiteley küçəsindəki 79 saylı evin ərazisində baş verib və günahkar “Peugeot 408” markalı avtomobilin sahibi olub. İlkin məlumatlara görə, o, sağa döngəyə uyğun gəlməyib və dayanacaq tərəfə uçub.
Həkimlər gələnə qədər iki nəfər ölüb, digər qurban isə çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər