12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Moskvalı qadın mübahisənin qızğın vaxtında ərini bıçaqlayaraq öldürüb
Tarix: 16-10-2023 16:15 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin paytaxtın Baş İstintaq İdarəsi bildirib ki, müstəntiqlər məhkəmədən ailə qalmaqalı zamanı öz ərini öldürən Moskva sakinini həbs etməyi xahiş edirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, oktyabrın 14-də səhər saatlarında Sovxoznaya küçəsində yerləşən mənzildə ər-arvad arasında qəflətən münaqişə baş verib və sonda bıçaqlanma ilə nəticələnib. Qadın 40 yaşlı ərinin ürəyinə dəqiq zərbə endirib, daha sonra təcili yardım çağırıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Qadına qarşı qətllə bağlı cinayət işi açılıb və ona qarşı ittiham irəli sürülüb. Hadisə yerinə baxış zamanı müstəntiqlər qanlı paltar, həmçinin cinayət silahı aşkar ediblər.
Yaxın vaxtlarda məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçəcək - istintaq onun həbsdə israrlıdır.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər