Bütün xəbərlər
Uşaqların olduğu mikroavtobus qəzaya düşüb
Tarix: 15-10-2023 18:31 | Bölmə: Cəmiyyət

Kaluqa yaxınlığındakı dolama yolda bir qrup uşağı daşıyan "Peugeot" markalı mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rayon Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, bazar günü, oktyabrın 15-i günorta saatlarında “Opel” markalı avtomobili idarə edən qadın sürücüsü azyaşlıların olduğu nəqliyyat vasitəsinə çırpılıb.
Mikroavtobusun içərisində Kaluqadan Obninskə gedən "Qırmızı Ulduz" əlavə təhsil mərkəzinin on şagirdi olub.
“Uşaqların tibbi yardıma ehtiyacının müəyyən edilməsi məqsədilə mütəxəssislər tərəfindən müayinə olunmaq üçün tibb müəssisəsinə göndərilib”, - prokurorluqdan bildiriblər.
Qəzanın baş vermə şəraiti və onun iştirakçılarının təqsirinin dərəcəsi müəyyənləşdirilir.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər