Bütün xəbərlər
Rusiyalı alpinizm çempionu Himalay dağlarında uçuruma düşüb
Tarix: 14-10-2023 20:33 | Bölmə: Cəmiyyət


Himalay dağlarında alpinizm üzrə Rusiya çempionu Nadejda Oleneva Daulagiri dağına qalxarkən yarığa düşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda idmançının axtarışları davam etdirilir.
Nadejda Oleneva 6680 metrdən çox yüksəklikdə yıxılıb. Himalay dağlarında güclü duman axtarışlara mane olub.
Üç rusiyalı alpinistdən ibarət qrup 8167 metr hündürlüyü olan Daulagiri dağına qalxıb. Səkkiz minliyə qalxma Rusiya İdman Nazirliyi və ölkənin Alpinizm Federasiyası tərəfindən təşkil olunub. Dəfələrlə Rusiya çempionu Nadejda Oleneva qalxma zamanı yarığa düşüb.
Rusiyanın Nepaldakı səfirliyi axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Bazar günü hadisə yerinə helikopter göndəriləcək. Qatı duman səbəbindən erkən yola düşmək mümkün olmayıb.
Perm sakini Nadejda Olenevanın 38 yaşı var. O, dəfələrlə alpinizm üzrə Rusiya çempionatının qalibi olub. Roman Abildaev və Rasim Kaşapovla birlikdə Nadejda sentyabrın 23-də planetin ən yüksək dağlarından birini fəth etmək üçün yola düşüb.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər