Bütün xəbərlər
Parçalanmış qadın meyiti tapılıb
Tarix: 11-10-2023 19:54 | Bölmə: Cəmiyyət

Sankt-Peterburq əxlaqı paytaxta çatıb - şəhərin şimal-qərbində yerləşən mənzildə qolları və ayaqları kəsilmiş qadın meyiti tapılıb, Moskva prokurorluğu məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qətl Fabrisius küçəsindəki evdə törədilib. Şəxsiyyəti hələ müəyyən edilməyən qadınla kimin, nə vaxt və hansı şəraitdə davrandığı məlum deyil.
Cəsəd hamamda, kəsilmiş əzaları isə qapının ağzında qara torbalarda tapılıb. Cinayət silahı yaxınlıqda idi.
Qətllə bağlı cinayət işi açılıb.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər