Bütün xəbərlər
Təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb
Tarix: 10-10-2023 10:35 | Bölmə: Cəmiyyət

Moskvanın qərbində təcili yardım maşını yol xidməti maşınına çırpılıb, nəticədə 4 nəfər xəsarət alıb, paytaxtın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza oktyabrın 10-da səhər saat dörd radələrində Moskva dairəvi yolunun 60-cı kilometrliyində, Rublevskoye şossesi ilə qovşağın yaxınlığında baş verib. Xəstəxanaya tələsik gələn xidməti avtomobil asfalt yuyan yük maşınına çırpılıb.
Təcili yardım maşınının sürücüsü və sərnişinləri xəsarət alıb, onlardan ikisi içəridə sıxılmış vəziyyətdə qalıb. Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər