Bütün xəbərlər
Fərdi evdə iki azyaşlı uşağın meyiti tapılıb
Tarix: 07-10-2023 22:06 | Bölmə: Cəmiyyət

Moskva vilayətinin istintaq orqanlarının əməkdaşları Moskva yaxınlığındakı Lyubertsıda azyaşlı uşaqların ölümü ilə bağlı cinayət işi açıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva vilayətinin Baş İstintaq İdarəsi və vilayət prokurorluğunun məlumatına görə, faciəvi hadisə oktyabrın 7-də Lyubertsı şəhər rayonunun Malaxovka kəndində baş verib. İlkin məlumata görə, yerli sakin 2 və 4 yaşlı iki qızını fərdi evdə baxımsız qoyaraq qonşusuda qalmağa gedib.
Naməlum səbəblərdən həmin an evdə tüstü yaranıb. Qadın geri qayıdanda uşaqları həyat əlaməti olmadan görüb.
Hadisə ilə bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olması ilə bağlı cinayət işi açılıb. İstintaqın gedişinə Lyubertsı şəhər prokurorluğu nəzarət edir.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib