Bütün xəbərlər
Aleksandr Qasyuk vətəninə qayıdır
Tarix: 06-10-2023 21:10 | Bölmə: Cəmiyyət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kiprdə saxlanılan “Rossiyskaya qazeta”nın jurnalisti Aleksandr Qasyuk sərbəst buraxılıb və Rusiyaya uçur.
Bundan əvvəl bildirilib ki, oktyabrın 5-də Lefkoşada müxbir Kipr polisi tərəfindən saxlanılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir səbəb olmadan ona qarşı xüsusi texnika və kobud güc tətbiq ediblər. Bu hadisənin çoxlu şahidləri olub.
Həbs olunan zaman Qasyuk ailəsi ilə birlikdə yaşadığı evin yaxınlığında avtomobildə olub. Kobud rəftar nəticəsində jurnalist əlindən zədə alıb, bundan sonra ona tibbi yardım göstərilmək üçün klinikaya aparılıb. Lefkoşadakı insidentlə əlaqədar Kiprin Moskvadakı səfiri Kipros Jorqallis Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Biz bu anı gözləyirdik, müxbirimizin evə qayıtması prosesinə mane olmamaq üçün şərh vermədik. İndi o, təyyarədədir: vətəninə uçur. İndi hər kəsə təşəkkür edə bilərik və ilk növbədə, diplomatlarımızın operativ köməyinə, kömək edənlərin hamısına təşəkkür edirəm”, - “Rossiyskaya qazeta” yazır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Xarici İşlər Nazirliyi yaxın vaxtlarda Kipr hakimiyyətinin rusiyalı jurnalist və diplomatik missiyanın əməkdaşı ilə bağlı hərəkətləri ilə bağlı açıqlama verəcək.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər