Bütün xəbərlər
Mənzildə qətlə yetirilən qadın tapılıb
Tarix: 06-10-2023 20:00 | Bölmə: Cəmiyyət


Moskvanın şərq hissəsində, Konstantin Fedin küçəsindəki yaşayış binasında mənzildə qanlar içində qadın meyiti tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə günü, oktyabrın 6-da məlum olduğu kimi, 33 yaşlı mərhumun kirayədə qaldığı evin sahibi polisə müraciət edib.
Ev sahibi mənzilin giriş qapısının yanında qan izləri aşkar edib və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Paytaxt prokurorluğunun məlumatına görə, qadının ölümü zorakılıqla olub, mənzildə çoxsaylı qan izləri və bıçaq aşkar edilib.
Hazırda ibtidai istintaqa başlanılıb və prokurorluq nəzarətindədir.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb