Bütün xəbərlər
İrəvanda etirazçılar polisə butulka atıblar
Tarix: 19-09-2023 23:19 | Bölmə: Cəmiyyət

Ermənistannın hökumət binasında iğtişaşlar baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kortəbii aksiyanın iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşub.
Polis hələ də meydana toplaşanların təxribatlarına cavab verməyib və nümayişçiləri sakitləşməyə çağırır. Aksiya iştirakçılarından olan fəallar da meqafon vasitəsilə özlərini daha sakit aparmağı xahiş edirlər. Yerli informasiya portalları hadisə yerindən canlı yayımlar edir. İrəvanın mərkəzində Respublika meydanının dörd tərəfindən günortadan etibarən nəqliyyatın hərəkəti kəsilib.
Toqquşmalar lokal xarakter daşıyır, lakin vəziyyət getdikcə qızışır. Aksiya iştirakçıları Dağlıq Qarabağdakı vəziyyətdən narazılıqlarını bildirirlər. Minlərlə etirazçı baş nazir Nikol Paşinyanın istefasını tələb edir və onu fəaliyyətsizlikdə ittiham edir.
"Təxribatlara təslim olmayın! Hökumət binasına soxulmağa çalışmayın!" – etiraz aksiyasının liderlərindən biri aksiya iştirakçılarına səslənib.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib