Bütün xəbərlər
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Tarix: 14-09-2023 21:27 | Bölmə: Cəmiyyət

Sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər