Bütün xəbərlər
Türkiyədə "Cip" turu turistin ölümü ilə başa çatıb
Tarix: 09-09-2023 23:43 | Bölmə: Cəmiyyət


Türkiyənin Alanya şəhərində betonqarışdıran, "Pikap və "Safari cipi"nin iştirakı ilə baş verən qəza bir nəfərin ölümü ilə nəticələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Alanya şəhərində D400 magistralının bir hissəsində baş verib və küçənin videomüşahidə kamerasına düşüb. Kadrlarda çox tonluq betonqarışdıran maşının tuneldən çıxarkən yolsuzluq avtomobilini necə vurması göstərilir - onun sürücüsü idarəetməni itirərək qarşısındakı "Safari" maşınına çırpılıb. Zərbə turistlərin olduğu "Cip"in aşmasına səbəb olub.
Qəza nəticəsində tur qrupundan 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Turistlərin hamısının Polşadan olduğu qeyd edilir.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər