Bütün xəbərlər
Moskvada mənzildə silah seyfi partlayıb
Tarix: 08-09-2023 16:19 | Bölmə: Cəmiyyət


Paytaxtın fövqəladə hallar xidmətinin məlumatına görə, Moskvanın şərqində mənzildə baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fövqəladə hadisə sentyabrın 8-də günorta saatlarında Zelenodolskaya küçəsindəki yaşayış binasının üçüncü mərtəbəsində baş verib. Sahibi uzun müddət qalmış silah seyfini açıb, lakin bu zaman partlayış baş verib.
Zərbə dalğası mənzilin şüşələrini sındırıb, zərərçəkmiş xəstəxanaya çatdırılıb, vəziyyəti barədə heç bir məlumat yoxdur.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər