Bütün xəbərlər
Şaurmadan zəhərlənən qız ölüb
Tarix: 07-09-2023 21:46 | Bölmə: Cəmiyyət

Lqov şəhərinin sakinlərinin kütləvi zəhərlənməsindən və qızlardan birinin ölümündən sonra cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bütün zərərçəkənlər fast food satış məntəqələrindən birinə baş çəkiblər.
Kursk vilayətinin Lqov şəhərində bir neçə nəfər, ehtimal ki, şaurma yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. “İnterfaks”ın məlumatına görə, bir gün əvvəl xəstəxanaya çatdırılan zərərçəkənlərdən biri sentyabrın 7-də dünyasını dəyişib.
Regional hökumətin məlumatlarına istinadən TASS agentliyinin məlumatına görə, 23 yaşlı qurban yoluxucu-toksik şokdan dünyasını dəyişib. Hazırda 14 qurbanın adı məlumdur.
Kütləvi zəhərlənmə ilə bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.
Avqust ayında Moskvada və Vladimir vilayətində fast food satış yerlərində insanların qida qəbulundan sonra kütləvi zəhərlənməsi halları qeydə alınıb.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər