Bütün xəbərlər
Oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Tarix: 06-09-2023 16:11 | Bölmə: Cəmiyyət

Aprelin 8-də Yasamal rayonu ərazisində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, 
ibtidai istintaqla 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafilova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramiz İsrafilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sabaha-inamla.az


Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər