22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Yeniyetmələr avtomobildə yanaraq ölüblər
Tarix: 02-09-2023 23:58 | Bölmə: Cəmiyyət

Bir neçə insanın ölümü ilə nəticələnən faciəvi hadisə sentyabrın 2-də, şənbə günü Sverdlovsk vilayətinin Alapaevsk şəhərində baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səhər saat yeddiyə az qalmış 30 yaşlı qadının idarə etdiyi “Hyundai Solaris” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbədən sonra avtomobil yanıb.
Rayon yol polisindən verilən məlumata görə, qəzanın qurbanları minik avtomobilinin gənc sərnişinləri - qadın sürücünün 18 yaşlı bacısı və sürücünün 16 yaşlı ögey oğlu olub.
İlkin məlumata görə, yeniyetmələr yanan avtomobildən çıxa bilməyiblər.
“Hyundai” markalı avtomobili idarə edən qadın sağ qalıb və xəstəxanaya aparılıb, daha sonra oradan yerli polis idarəsinin müvəqqəti saxlanma məntəqəsinə köçürülüb.
Məlum olub ki, şübhəli şəxs tibbi müayinədən keçib, onun sərxoş olduğu müəyyən edilib və hazırda cinayət işinin başlanması məsələsi həll edilir.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər