22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Məktəbli qızın qətli: sirli velosipedçi haqqında təfərrüatlar
Tarix: 02-09-2023 21:55 | Bölmə: Cəmiyyət

Sverdlovsk vilayətində mərhum məktəblinin hekayəsi gözlənilməz davam etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı Dananı həyatının son dəqiqələrində izləyən sirli velosipedçi həbs edilib.
Qızın meyiti bir ay əvvəl meşədə tapılıb. Əvvəlcə ekspertlər onun həddindən artıq dozadan narkotik qəbulundan öldüyünü desələr də, Dananın atası buna inanmayıb və öz araşdırmasına başlayıb. Onun sözlərinə görə, məktəbli spirtli içki və qanunsuz narkotik qəbul etməyib.
Həmin şəxs daha sonra cinayət işinin materiallarına əlavə edilən videoyazı tapmağa nail olub. Kadrlarda məktəbli qızın əslində velosipedlə yad şəxs tərəfindən təqib edildiyi görünür. Bunun əvvəllər oğurluğa görə məhkum olunmuş Eduard Qolikov olduğu üzə çıxıb. Dindirilmə zamanı kişi qızın necə xəstələndiyini, özünün meşəyə girib çuxurda necə uzandığını gördüyünü deyib. Müstəntiqlər inanmadılar. Üstəlik, Qolikov telefonu məktəblinin əlindən alıb, nədənsə son mesajları silib, basdırıb.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər