Bütün xəbərlər
Dağıstanlı idmançılar Mahaçqalada atışmada iştirak ediblər
Tarix: 01-09-2023 22:26 | Bölmə: Cəmiyyət

Dağıstan polisi avqustun 31-də respublikanın paytaxtında baş verən atışmada 7 iştirakçını saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şübhəlilər arasında qarışıq döyüş növləri üzrə döyüşçü və döyüş sambosu üzrə dünya çempionu da olub.
Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin məlumatına görə, cümə axşamı Mahaçqalada Daxadayev küçəsində evlərdən birinin yaxınlığında atışma ilə kütləvi dava olub. Polis əməkdaşları münaqişənin 7 iştirakçısını müəyyən edib, onlardan travmatik silah götürülüb. Şübhəlilər polis bölməsinə aparılıb.
Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkənlər barədə hələ ki, məlumat daxil olmayıb.
RİA Novosti agentliyinin məlumatına görə, atışma ilə döyüşdə qarışıq döyüş növləri üzrə döyüşçü, AMC Fight Nights çempionu Vaqab Vaqabov və döyüş sambosu üzrə dünya çempionu Maqomed Maqomedov iştirak ediblər. Onların hadisədə rolu və əli olması araşdırılır. Münaqişənin səbəbləri müəyyən edilir.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər