Bütün xəbərlər
Kafeyə gələnlərin üzərinə tavan uçub
Tarix: 31-08-2023 23:40 | Bölmə: Cəmiyyət

Novosibirsk vilayətinin istintaq orqanları İskitim şəhərindəki kafelərdən birində insanların xəsarət alması faktını yoxlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tavan elementlərinin çökməsi nəticəsində ziyarətçilər xəsarət alıb.
Novosibirsk vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, İskitimdəki müəssisələrdən birində insident avqustun 31-də axşam saatlarında baş verib. Kafedə hələ dəqiqləşdirilməmiş səbəblərdən tavanın elementləri qismən dağılıb.
İlkin məlumatlara görə, ölənlər var. Onların sayı və alınan xəsarətlərin xarakteri araşdırılır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Artıq müstəntiqlər və kriminalistlər həmin yerə baş çəkiblər. Hadisənin baş vermə şəraiti müəyyən edilir.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər