Bütün xəbərlər
Mikroavtobusla toqquşma nəticəsində sürücü dünyasını dəyişib
Tarix: 31-08-2023 22:58 | Bölmə: Cəmiyyət

Avqustun 31-də günorta saatlarında Saratov şəhərinin Balakovo şəhərində yerli minik avtomobili və avtobusun iştirakı ilə qəza baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Axşam saatlarında onlardan birinin öldüyü məlum olub.
Balakovoda, Akademik Juk küçəsində “VAZ-2114” markalı avtomobillə “QAZelle” markalı avtomobilin toqquşması baş verib. Qəza nəticəsində minik avtomobilinin 48 yaşlı sürücüsü və onun 16 və 17 yaşlı iki sərnişini xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. “İnterfaks” agentliyinin məlumatına görə, cümə axşamı axşam saatlarında məlum olub ki, “VAZ”ın sürücüsü xəstəxanada ölüb. Prokurorluq hadisənin baş vermə şəraitini yoxlamağa başlayıb.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər