Bütün xəbərlər
Moskvada “Moskva Calling” teleqram kanalının inzibatçısı saxlanılıb
Tarix: 31-08-2023 22:16 | Bölmə: Cəmiyyət


Moskvada "Moskva Calling" teleqram kanalının administratoru olduğu iddia edilən şəxs saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Andrey Kurşin rus qoşunlarının hərəkətləri barədə yalan məlumat dərc etməkdə şübhəli bilinir.
Əvvəllər DXR-in tərəfində vuruşan şəxs qatara yenicə minən zaman Leninqradski vağzalında saxlanılıb. Ona qarşı Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaydığına görə cinayət işi başlanıb, bu maddənin maksimum sanksiyası koloniyada 10 ilədəkdir.
Kurşinin 86 mindən çox abunəçisi olan kanalın yeganə administratoru olub-olmadığı məlum deyil, lakin ondakı sonuncu nəşr avqustun 31-də saat 17:55-də çıxıb.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər