Bütün xəbərlər
Metropolitendə polis idarəsinin rəisi nəzarətə götürülüb
Tarix: 31-08-2023 21:50 | Bölmə: Cəmiyyət

Cümə axşamı vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılan Moskvanın Basmannı rayon polis idarəsinin rəisi Sergey Andreyev məhkəmənin qərarı ilə həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında verilən məlumata görə, Tuşinski Rayon Məhkəməsi istintaqın tələbi ilə paytaxtın Basmannı rayon polis idarəsinin rəisi barəsində həbs-qətimkan tədbiri seçib. Daha əvvəl onun saxlanması ilə bağlı məlumat yayılmışdı.
Daxili İşlər Nazirliyinin əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Onun barəsində başlanan işin təfərrüatları açıqlanmır. Sergey Andreev istintaq müddətində həbs edilib və ən azı oktyabrın 2-dək dəmir barmaqlıqlar arxasında qalacaq.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb