Bütün xəbərlər
Sərxoş rayon polisi ölümlə nəticələnən qəza törədib
Tarix: 29-08-2023 08:09 | Bölmə: Cəmiyyət


Krasnodar diyarının Temryuk rayonunda polis əməkdaşının qəza tötətməsi nəticəsində ölən və yaralananlarla bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krasnodar diyarının prokurorluğunun məlumatına görə, avqustun 26-da Temryuk rayonunun Qolubitskaya kəndi ilə Peresıp kəndi arasındakı magistral yolunda faciəli hadisə baş verib.
İlkin məlumata görə, rayon polis əməkdaşı sərxoş vəziyyətdə “LADA Priora” markalı avtomobilin sükanı arxasına keçərək Kavkaz limanına doğru yola düşüb. Onun avtomobilində ikisi azyaşlı olmaqla dörd sərnişin olub.
Bir anda sürücü idarəetməni itirib və “LADA Largus” markalı avtomobilin əks istiqamətdə hərəkət etdiyi qarşıdan gələn zolağa çıxıb. Toqquşma olub, nəticədə LADA Priora-nın 25 yaşlı sərnişini dünyasını dəyişib.
Sərxoş sürücünün özü və 3 sərnişini, o cümlədən 16 və 17 yaşlı gənclər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. “LADA Largus”u idarə edən 68 yaşlı sürücü xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Bazar ertəsi məlum olub ki, Temryuk rayonunun İstintaq şöbəsi qəza faktı üzrə sərxoş sürücünün yol hərəkəti qaydalarını pozması və ehtiyatsızlıqdan bir nəfərin ölümü ilə nəticələnməsi ilə bağlı cinayət işi açıb. İstintaqın gedişinə rayon prokurorluğu nəzarət edir.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb