Bütün xəbərlər
Saranskda avtobus beş yaşlı qızı keçiddə vuraraq öldürüb
Tarix: 25-08-2023 23:36 | Bölmə: Cəmiyyət


Mordoviya Dövlət Yol Müfəttişliyinin əməkdaşları nizamlanmayan piyada keçidində yolu keçən iki nəfəri vuran avtobusun vəziyyətini müəyyən edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mordoviya Respublikasının Dövlət Yol Müfəttişliyinin məlumatına görə, faciəvi hadisə avqustun 25-də günorta saatlarında Saransk şəhərinin Kosareva küçəsində baş verib.
“PAZ” markalı avtobusun sürücüsü bunu görməyib və keçiddə iki piyadanı vurub. Beş yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yaralı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yol polisi araşdırma aparır, hadisənin səbəbləri müəyyənləşdirilir.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb