Bütün xəbərlər
Beş yaşlı oğlunu maşının damına çıxarıb
Tarix: 24-08-2023 23:17 | Bölmə: Cəmiyyət

Hadisə şahidləri avtomobil idarə edərkən orada olan azyaşlı uşağı avtomobilinin damında lentə aldıqdan sonra Dağıstan polisi yerli sakinə qarşı iki inzibati protokol tərtib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avqustun 22-də Dağıstan Respublikasının Xasavyurt rayonunda hadisə şahidləri hərəkətdə olan avtomobilin damında oturan azyaşlı uşağı lentə alıblar. Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsindən verilən məlumata görə, körpəni təhlükəyə atan 38 yaşlı sürücünün şəxsiyyəti müəyyən edilib.
Ərazi sakini polisə aparılıb. O, avtomobillə Temiraul kəndinə getdiyini, eyni zamanda 5 yaşlı oğlunu da damda gəzdirmək qərarına gəldiyini bildirib. Polislə danışandan sonra həmin şəxs əməlindən peşman olub və icad etdiyi “əyləncə”nin kədərlə bitə biləcəyini etiraf edib.
Sürücü barəsində xırda avtoxuliqanlıq, azyaşlı uşağın saxlanması və tərbiyəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi faktları üzrə inzibati protokollar tərtib edilib.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb