Bütün xəbərlər
Üç gənc velosipedçi qəza nəticəsində ölüb
Tarix: 23-08-2023 23:43 | Bölmə: Cəmiyyət

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov avqustun 23-də axşam saatlarında gənc idmançıların yarışdan evə qayıdarkən öldüyü faciəli qəza haqqında məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Stavropol diyarının Dövlət Yol Müfəttişliyinin məlumatına görə, faciəvi qəza çərşənbə günü saat 16:30 radələrində Pyatiqorsk şəhər dolama yolunun 3-cü kilometrliyində baş verib.
İlkin məlumata görə, “QAZelle” markalı yük avtomobilinin 33 yaşlı sürücüsü məsafəni saxlaya bilməyib və velosipedlə irəlidə gedən bir qrup gənc idmançıya çırpılıb. Qəza nəticəsində 11, 12 və 13 yaşlı üç uşaq həlak olub.
Yol polisi əməkdaşları qəzanın baş vermə şəraitini, onu müşayiət edən şəxsin və yük maşını sürücüsünün təqsir dərəcəsini müəyyənləşdirirlər.
Ərazinin bədən tərbiyəsi və idman naziri Boris Semenyak qəza yerinə gedib. Stavropol qubernatoru Vladimir Vladimirov ölən uşaqların ailələrinə başsağlığı verib.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb