Bütün xəbərlər
Həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
Tarix: 22-08-2023 16:19 | Bölmə: Cəmiyyət


2022-ci ilin dekabrın 14-də Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü Aytən Süleymanovanın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri alması faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, 
İstintaqla Zaur Süleymanovun birgə yaşadıqları evdə arvadı Aytən Süleymanovaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər