Bütün xəbərlər
Kalmıkiyada yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Tarix: 21-08-2023 22:06 | Bölmə: Cəmiyyət

Dövlət Yol Müfəttişliyinin əməkdaşları avqustun 21-də axşam saatlarında Kalmıkiya Respublikasında magistral yolda baş vermiş faciəvi qəzanın səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Respublika Baş İdarəsindən verilən məlumata görə, bazar ertəsi axşam saatlarında Komsomolski-Artezian avtomobil yolunun 28-ci kilometrliyində naməlum şəraitdə “Honda Civic” markalı minik avtomobili “Volvo” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən biri dünyasını dəyişib. Xarici avtomobilin salonunda olan sürücü və üç azyaşlı uşaq xəstəxanaya çatdırılıb. Polis qəzanın başvermə şəraitini araşdırır.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb