Bütün xəbərlər
Təqaüdçü zibil daşıyan maşının təkərləri altında ölüb
Tarix: 19-08-2023 23:45 | Bölmə: Cəmiyyət

Moskva yaxınlığındakı Balaşixada həyətdən keçən zibil maşını 86 yaşlı qadını vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, qəza avqustun 19-da səhər saatlarında Luqovaya küçəsində yerləşən evlərdən birinin yaxınlığında baş verib. “MAN” markalı zibil maşını ilə hərəkət edən sürücü, yəqin ki, ona fikir vermədən yaşlı qadının üzərinə sürüb.
Polis qəzanın başvermə şəraitini araşdırır. İstintaq öncəsi yoxlamanın gedişinə Balaşixa Şəhər Prokurorluğu nəzarət edir. TASS yazır ki, onun nəticələrinə əsasən prosessual qərar veriləcək.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb