Bütün xəbərlər
Afrikadan olan aspirant fast-food satış məntəqəsinin yaxınlığında bıçaqlanaraq öldürülüb
Tarix: 18-08-2023 22:32 | Bölmə: Cəmiyyət

Yekaterinburq mətbuatında bir neçə il Ural paytaxtında yaşayıb işləyən Qabon əsilli bir şəxsin qətlə yetirilməsi ilə bağlı məlumatlar yayılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Kommersant”ın Ural resurslarına istinadla verdiyi məlumata görə, avqustun 17-də axşam saatlarında Yekaterinburqda naməlum şəxslər bir neçə il əvvəl Mərkəzi Afrikadan Rusiyaya gəlmiş Ural Federal Universitetinin 32 yaşlı aspirantını bıçaqlayaraq öldürüblər.
Təsdiqlənməmiş məlumatlara görə, faciəvi hadisə "Burger King" fast food restoranında baş verib. İnternetdə təcili yardımın müəssisədə dayandığı bir fotoşəkil ortaya çıxdı. Şəklin bir afrikalının qətli ilə əlaqəli olduğu iddia edilir.
Ehtimallara görə, əcnəbi dava zamanı ölümcül yara alıb. Hadisə zamanı zərərçəkənin sərxoş olması ehtimalı var. Qətllə nəticələnən münaqişənin səbəbləri barədə hələlik məlumat verilmir.
Faciəvi hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Məlumat dəqiqləşdirilir.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb