Bütün xəbərlər
Rüşvətlə cəza çəkən FSO generalı koloniyada ölüb
Tarix: 16-08-2023 23:57 | Bölmə: Cəmiyyət

Şimali Qafqaz Federal Dairəsi üzrə Federal Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, general-leytenant Gennadi Lopırev Ryazan vilayətindəki həbsxana xəstəxanasında dünyasını dəyişib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ötən çərşənbə axşamı rüşvətxorluğa görə 10 il müddətinə azadlıqdan məhrum edilən Lopırev özünü pis hiss edib, xəstəxanaya aparılıb və avqustun 16-da səhər tezdən orada ölüb.
Yüksək rütbəli təhlükəsizlik məmurunun vəkili ailəsi adından koloniyada ona göstərilən tibbi xidmətin keyfiyyətinə şübhə ilə yanaşıb, çünki onun xəstəlikləri barədə heç bir məlumat almayıblar.
Qafqazda Təhlükəsizlik Xidmətinə rəhbərlik edən Lopırev 2016-cı ilin noyabrında saxlanılıb, o, təmir-tikinti işlərinə dair müqavilələrin bağlanmasında kömək müqabilində iş adamlarından pul tələb etməkdə ittiham olunub. O, iki dəfə rüşvət almaqda və qanunsuz silah saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 150 milyon rubl məbləğində cərimələnib.
Daha sonra Üçüncü Dairə Hərbi Məhkəməsi tapança və patron saxlama işi üzrə general-leytenantın barəsində bəraət hökmü çıxararaq cəzanı 9 il 8 ay, cəriməni isə 130 milyon rublla əvəzləyib.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb