Bütün xəbərlər
Federal magistralda baş verən kütləvi qəzada 7 nəfər xəsarət alıb
Tarix: 16-08-2023 23:03 | Bölmə: Cəmiyyət

Tver vilayətinin Dövlət Yol Müfəttişliyi Vışnevolotski şəhər dairəsində yük maşını ilə iki minik avtomobilinin toqquşmasının səbəblərini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin məlumatına görə, üç avtomobilin iştirakı ilə qəza çərşənbə günü günorta saatlarında "M-10" Rusiya federal magistralının Kolomno kəndi yaxınlığındakı hissəsində baş verib.
İlkin məlumata görə, qəza nəticəsində üçü azyaşlı uşaq olmaqla 7 nəfər xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir. Hadisənin səbəbləri və şəraiti polis tərəfindən araşdırılır.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb