Bütün xəbərlər
Hərbi həkim komissiyasının rəhbəri rüşvət üstündə saxlanılıb
Tarix: 15-08-2023 23:59 | Bölmə: Cəmiyyət

Ukraynanın şimal-qərbindəki Jitomir vilayətində hərbi həkim komissiyasının rəhbəri və onun əlaltıları rüşvət alarkən saxlanılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şübhəlilər hərbi yaşda olan kişilərin “mükafat” üçün xaricə getməsinə şərait yaradıblar.
Bu barədə Ukrayna Baş Prokurorluğunun teleqram-kanalında deyilir. “Jitomir hərbi hospitalının hərbi həkim komissiyasının sədri, vilayət klinik xəstəxanasının baş həkiminin müavini, klinik immunologiya və allerqologiya mərkəzinin rəhbəri və hüquqşünas ifşa edilib”, - məlumatda deyilir.
İstintaqın məlumatına görə, şübhəlilər hərbçiyə hərbi qeydiyyatdan çıxarılmasına və çətinliklə xaricə getməsinə imkan verəcək diaqnoz qoymaq üçün 2500 dollar təklif ediblər.
Ukraynada hərbi vəziyyət rejimi 2022-ci il fevralın 24-də tətbiq edilib. Onun qüvvədə olduğu müddət ərzində 18 yaşdan 60 yaşa qədər kişilərin ölkədən çıxışı qadağandır. Səfərbərlik zamanı hərbi xidmətdən yayınanlar beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, 2022-ci ilin fevralından 20 minə yaxın kişinin ölkədən qeyri-qanuni çıxışı dayandırılıb.
Həmin ərəfədə bildirilib ki, Ukraynanın Müdafiə Nazirliyi və sərhəd xidmətləri çağırışçıların xaricə getməsinə nəzarəti gücləndirir.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb