Bütün xəbərlər
İki yaşlı uşaq pəncərədən yıxılaraq ölüb
Tarix: 15-08-2023 23:58 | Bölmə: Cəmiyyət


Ryazan vilayətinin prokurorluğu avqustun 15-də vilayət mərkəzinin hündürmərtəbəli binalarından birində azyaşlı uşaqla baş vermiş faciəvi hadisənin səbəblərini müəyyənləşdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional prokurorluğun məlumatına görə, çərşənbə axşamı azyaşlı uşaq 6-cı mərtəbənin pəncərəsindən yıxılaraq həyatla bir araya sığmayan xəsarətlər alıb. Faciəli hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.İstintaq orqanları və rayon prokurorluğu faktla bağlı yoxlamalar təşkil edib. Hadisənin başvermə şəraitinin aydınlaşdırılması zamanı nəzarət orqanının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması istiqamətində orqanların fəaliyyətinə qiymət veriləcək.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb