Bütün xəbərlər
Leninqrad vilayətində elektrik yarımstansiyasında baş verən yanğın söndürülür
Tarix: 15-08-2023 22:41 | Bölmə: Cəmiyyət

Avqustun 15-də axşam Leninqrad vilayətinin Vsevolojsk rayonunun sakinləri Şərq elektrik yarımstansiyasının ərazisindən qalın qara tüstü buludlarının qalxdığını müşahidə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlum olub ki, elektrik obyektində transformator yanıb.
TASS-ın məlumatına görə, çərşənbə axşamı saat 19:00 radələrində Novoserqiyevka kəndindəki elektrik yarımstansiyasında yanğın baş verib. Yanğın birinci çətinlik dərəcəsinə görə söndürülür. İlkin məlumata görə, açıq alov işləməyən transformatorlardan birini bürüyüb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Fövqəladə Hallar Nazirliyinin Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə istehlakçıların elektrik enerjisi ilə təminatına təsir göstərməyib. Hadisənin səbəbləri, şəraiti və nəticələri araşdırılır.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb