Bütün xəbərlər
İrəvanda "Nairit" kimya zavodunun yaxınlığında dəftərxana ləvazimatları anbarı yanır
Tarix: 13-08-2023 23:39 | Bölmə: Cəmiyyət



İrəvanda Nairit şəhərindəki keçmiş ən böyük kimya zavodunun yaxınlığında yerləşən anbarda yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti öz Telegram kanalında fövqəladə vəziyyət barədə məlumat yayıb.
Qeyd edildiyi kimi, yanğınla bağlı məlumat Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bazar ertəsi, avqustun 14-də yerli vaxtla saat 00:53-də (Moskva vaxtı ilə 23:53) daxil olub. Yanğın “Nairit” zavodunun yaxınlığındakı dəftərxana ləvazimatları anbarında baş verib.
RİA Novosti xəbər verir ki, hazırda hadisə yerində dörd yanğınsöndürmə briqadası işləyir.
Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb