Bütün xəbərlər
Donetskdə hücum zamanı təqaüdçü həlak olub
Tarix: 13-08-2023 23:23 | Bölmə: Cəmiyyət

Ukraynanın Donetskə raket zərbəsi endirməsi nəticəsində 67 yaşlı kişi ölüb, daha bir qadın isə yaralanıb, şəhərin meri Aleksey Kulemzin bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kuybışev rayonundakı Utkina küçəsində bir neçə mərmi parçalanıb. Həkimlər gələn zaman təqaüdçü ölmüşdü, 46 yaşlı qadına isə tibbi yardım göstərilib və müayinə üçün xəstəxanaya göndərilib.
Donetskdən 50 kilometr şimalda Horlivkanın Nikitovski rayonunun Zaitsevo kəndinin atəşə tutulması zamanı daha bir nəfər ölüb. Üç zərərçəkən xəstəxanaya çatdırılıb.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb