Bütün xəbərlər
Belqorodda çoxmərtəbəli binada partlayış baş verib
Tarix: 13-08-2023 23:14 | Bölmə: Cəmiyyət


Güclü partlayış nəticəsində Belqorodda hündürmərtəbəli binanın fasadı və bir neçə mənzili zədələnib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun səbəbləri hələ müəyyənləşdirilməyib.
Hadisə Yesenina küçəsində, qazla təmin olunmayan “Panorama City” yaşayış kompleksində binanın 10-cu mərtəbəsində baş verib. Partlayışın səsi yüzlərlə metr aralıda eşidilib, üzlük və şüşə parçaları binanın qarşısında dayanmış avtomobillərin üzərinə uçub.
Ölən və yaralananlar barədə məlumat verilməyib.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb