Bütün xəbərlər
Partlayış nəticəsində 95% yanıq xəsarəti alan yeniyetmə ölüb
Tarix: 12-08-2023 22:50 | Bölmə: Cəmiyyət

Dağıstanın Dərbənd şəhərində fərdi evdə qaz partlayışı nəticəsində bədəninin səthinin 95%-dən çoxu yanıq xəsarətləri alan yeniyetmə xəstəxanada ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həkimlər doqquz saat intensiv terapiya aparıblar, yeniyetmə süni nəfəs aparatına qoşulub, lakin həkimlərin cəhdləri nəticəsiz qalıb. Oğlanın 14 yaşı var idi. Əvvəldən onun vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilib.
Şənbə günü, avqustun 12-də səhər saatlarında Dərbənddə fərdi yaşayış binasında qaz partlayışı baş verib. Beş ailə üzvü yaralanıb: valideynlər və onların üç uşağı. Həm böyüklər, həm də 14 yaşlı uşaq tibbi helikopterlə Mahaçqaladakı yanıq mərkəzinə aparılıb. Ailə başçısı bədən səthinin 60%-i, həyat yoldaşı isə 90%-i yanıq xəsarətləri alıb. Onlar hazırda reanimasiya şöbəsindədirlər.
Digər iki uşaq isə daha az əziyyət çəkib - onlar artıq qənaətbəxş vəziyyətdə evə buraxılıblar, RİA Novosti yazır.
Dağıstanın rəhbəri Sergey Melikov zərərçəkənlərə maddi və psixoloji yardım göstərəcəyini vəd edib.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb