Bütün xəbərlər
Yanacaq daşyan yük maşınının qəzaya uğramasından sonra yanğın başlayıb
Tarix: 09-08-2023 22:06 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Samara vilayətinin Dövlət Yol Müfəttişliyinin əməkdaşları "M-5" Ural şossesində baş vermiş kütləvi qəzanın səbəblərini araşdırır, nəticədə sürücü həlak olub, qəza hissəsində isə hərəkət dayandırılıb.
TASS xəbər verir ki, çərşənbə günü "Ural" federal magistralının 1028-ci kilometrliyində, Svetloe kəndi yaxınlığında yanacaq daşıyan yük maşını və iki minik avtomobili toqquşub. Toqquşmadan sonra ağır yük maşını və minik avtomobillərindən biri yanıb. Yanğın 50 kvadratmetr ərazini əhatə edib.
Hadisə ilə əlaqədar magistralda nəqliyyatın hərəkəti dayandırılıb. İlkin məlumata görə, qəza nəticəsində “Renault Sandero” markalı avtomobilin 53 yaşlı sürücüsü dünyasını dəyişib.
Hadisə yerinə yanğınsöndürənlər, rayon DYP-nin rəisi və GDU-nun qəzaların araşdırılması şöbəsinin rəisi gəlib. Dəhşətli qəzanın səbəbləri araşdırılır.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb