Bütün xəbərlər
Şortikli şəxs polis əməkdaşından gizlənərkən faciə baş verib
Tarix: 08-08-2023 19:17 | Bölmə: Cəmiyyət

Moskvanın şimal-şərqində uşaq meydançasının yanında şortikli yarıçılpaq kişi meyiti tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təsdiqlənməmiş məlumatlara görə, səhər saatlarında Mira prospektində yerləşən “Üçrəngli” yaşayış kompleksinə rayon polis əməkdaşı gəlsə də, halı bərbad vəziyyətdə olan ev sahibi qapını onun üzünə açmayıb. O, 26-cı mərtəbədəki mənzilin pəncərəsini sındırıb, bir neçə əşyanı yerə atıb, sonra isə özü yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə yerinə polisi mərhumun qonşuları çağırıb, onlar bir neçə saat səs-küy salıb, söyüblər.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb