Bütün xəbərlər
Həştərxanda beşmərtəbəli binada qaz partlayışı iki nəfərin həyatına son qoyub
Tarix: 08-08-2023 19:11 | Bölmə: Cəmiyyət

Həştərxanda beşmərtəbəli binada məişət qazının partlaması nəticəsində azı iki nəfər ölüb, dörd nəfər yaralanıb, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 8-də saat 12:40 radələrində Admiral Naximov küçəsindəki 38 saylı evin dördüncü mərtəbəsində baş verib. Partlayışdan sonra alov başlayıb, yanğın dörd mənzili və eyvanı bürüyüb, yanğının sahəsi təxminən 90 kvadratmetr olub.
Xilasedicilər gələnə qədər iki nəfər ölüb, daha dörd nəfərə tibbi yardım lazım olub. Binanın bütün sakinləri təxliyə edilib.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb