Bütün xəbərlər
Dmitri Qluxovski qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 07-08-2023 23:19 | Bölmə: Cəmiyyət


Rusiyalı fantastika yazıçısı və jurnalisti Dmitri Qluxovski (xarici agent kimi tanınıb) Rusiya Silahlı Qüvvələrinin hərəkətləri barədə yalan məlumat yaydığına görə qiyabi olaraq 8 il koloniya cəzasına məhkum edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə bir hökmü bazar ertəsi Moskvanın Basmannı məhkəməsi çıxarıb.
Uzun müddət İsraildə yaşayan Qluxovskinin cəza müddəti onun saxlanıldığı və ya Rusiyaya ekstradisiya edildiyi andan hesablanacaq. Bundan əlavə, ona sosial şəbəkələrdə saytları, ictimaiyyəti və qrupları idarə etmək qadağandır.
2022-ci ilin iyununda “Metro 2033” əsəri dünyanın 37 dilinə tərcümə olunan görkəmli yazıçı Telegram-da ordunu gözdən salan bir yazıya görə axtarışa verilib və qiyabi həbs edilib.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb