Bütün xəbərlər
Moskvanın şimalında asetilen balonunun partlaması nəticəsində bir nəfər ölüb
Tarix: 07-08-2023 23:12 | Bölmə: Cəmiyyət


Paytaxtın fövqəladə hallar xidmətinin məlumatına görə, Moskvanın şimalında asetilen balonunun partlaması nəticəsində bir nəfər ölüb, onun həmkarı yüngül xəsarətlərlə xilas olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə İlmenski keçidindəki qara metal toplama məntəqəsində baş verib. Həkimlər gələnə qədər adam huşunu itirmişdi və onu diriltmək üçün edilən bütün cəhdlər nəticəsiz qalıb.
İkinci zərərçəkənə hadisə yerində köməklik göstərilib, o, xəstəxanaya yerləşdirməkdən imtina edib.



Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb