11:05 / 10-03-2025
Yanan anbarın damı uçub
18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
Yeni Moskvada iki tanışını dayanacaqda vuran sürücü saxlanılıb
Tarix: 07-08-2023 22:59 | Bölmə: Cəmiyyət


Yeni Moskvada dayanacaqda üç nəfərin münaqişəsi adam öldürməyə cəhdlə bağlı cinayət işinin başlanmasına səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, hadisə avqustun 6-da Pervomayskoye kəndi yaxınlığındakı dayanacaqda baş verib. 45 yaşlı sürücü ilə 43 və 70 yaşlı iki tanışı arasında yaranan münaqişənin səbəbi “qəfil düşmənçilik münasibəti” olub.
Sürücü rəqiblərini vurub, nəticədə onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Sərbəst saxlanılan şəxs barəsində “İki və daha çox şəxsi öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs tutularaq müstəntiqlər tərəfindən ifadə almağa gətirilib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb