Bütün xəbərlər
Belqorod yaxınlığında itən qız öldürülüb
Tarix: 06-08-2023 23:46 | Bölmə: Cəmiyyət


Belqorod vilayətinin müstəntiqləri iki gün əvvəl qəbiristanlıqda yoxa çıxan 15 yaşlı məktəbli qızın meyitini tapdıqdan sonra qətl işi açıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avqustun 4-də axşam Viktoriya G. Belqorod rayonunun Razumnoye kəndindəki evindən çıxıb və onu bir daha heç kim görməyib. Axtarışlara könüllülər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və onlar qızın meyitini doğma kəndindəki qəbiristanlıqda aşkar ediblər.
Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin ekspertiza göstərib ki, Viktoriya öz iradəsi ilə həyatını tərk etməyib - bədənində şiddətli ölümün açıq əlamətləri var idi.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb